main content

ads

post area

دانلود آهنگ رپ Puzzle بنام VIII KM با کیفیت های ۱۲۸ ، ۳۲۰ و رایگان
Download New Rap Music By Puzzle Called VIII KM

Giriş:
Bu track Vasmoy'a deyil, Vasmoy'dandı.
Vasmoy'un hər dövüründə, Puzzle fakt ordaydı.
Oyun davam edir; Həmişə olduğu kimi!
Amma...
Uduzulan məbləğ də elə tas boydaydı.

İlk hissə:
Gecə qaranlığında daha da gözəl olur.
Məhəllələrinin doğmalığı özəl olur.
Bu track'də bəzədikcə sözlər onu, gizlənir o;
Puzzle, yenə gözlə onu!
Gözlədiyinə hər dəyəndə özlə onu.
Burda böyüyüb, başa çatdım.
Addım atdım sona tərəf, başa çatdım.
Boş şalvar, sırğa görüb dedilər ki: "Başı çatmır!"
Uşaq yaşda ganja'ya başlayan Əli, yaşın çatmır - yaşla, çatdır;
Oturmuşam, məhəllədəyəm. (Wow!)
Yorulmuşam; gör nə deyirəm:
Daha Puzzle ilə yeniyəm, mən köhnə deyiləm.
Vasmoy üçün ölərəm, amma kölə deyiləm.
Alçanın arağından götürün, gəlin, görüşək Laçın'ın qabağında.
Metroya düşəndə xəbər elə, bro.
Tez gedək şəhərə, rap'i hədər edir o.
Hərdən eybi yox, çölə çıxmasam da, za to gecə hər düşəndə Vasmoy edir toy - "astav" edir boy. (Wow!)
Bir dəqiqə e, dayan, dayan!
Yorğun halda piyadayam.
Gəzirəm hey, diyar-diyar.
Olub Puzzle piyan adam.
Küçələrindən hər keçəndə
qaçıb, qaldım tər içində.
Okay, süzün bir az, amma gedin, yenə tək içim mən.
Hər keçiddə maşına yol verir insan.
Bunu başa düşə bilmədi və görmədi insan.
Görməmiş insan hissləri tez xərclədi.
Mən saxladım hamısını, Vasmoy "bezmə" dedi.
Dedim: "Bezmdi Əli, amma düşünür, buna dözməliyəmmi?"
Puzzle göz çıxartdı, gözə batdı, göz mənə dəydi.
Bütüb düşmənləri xaş elədim, közləmə nəydi?
Bro, gözləmə, gəlmir.
Onun öz'ü - Müdrik, həyatı - fəlsəfə, nəsdi.
Bacardı!
Düz həyat yaşayır, daha hər səhvə tərsdi.
"Açarmı, bu açar, məndən qaçan Vasmoy'un qəlbini?"
Haçandı bu sözü deyirdim, amma yenə qazandım onun qəlbini!

Keçid:
Vasmoy! Gəlir indi daha fərqli.
Vasmoy! Sənlə birgə artdı əqlim.
Vasmoy! Puzzle olub daha borzu biri.
Vasmoy! Qələm özünü sənə borclu bilir.
Vasmoy! Daha doğmalığın içindəsən.
Vasmoy! İşıqlarla başqa biçimdəsən.
Vasmoy! Kim gəldi, içəri buraxdın onu.
Vasmoy! Bu sənə ayrılan vaxtın sonu.

İkinci hissə:
Səhər 7'də dur, axşam 12'də yat. (Sağlam ol!)
Özünü kim ki zənn edirdi şah, etdi mat. (Çoxdan o)
Çünki, Vasmoy onu hiss edənlərindi, küçələrilə.
"Kaş ki" YOLÇU qayıdıb, yenə bu küçədən keçə Əli ilə.
Qələmim usta Samuraydı, qılıncımsa - Vasmoy.
Bu qılınc boğazına dirənsə, çalış, biraz asta ol.
Bakı bir bütündüsə, "gəlmə" deyilən bir şey yoxdu.
Vasmoy - evimdi, əgər burdayamsa problem yoxdu.
Bəzən elə olur ki, öz içində sıxılıb, böyüyür.
Burda daha çox güclü olanlar sıxılır, döyülür.
Göyü öyür, barışmıram.
Böyük-böyük danışmıram.
Söyür, döyür, qarışmıram;
Uşaq yıxılıb, böyüyür.
Burda öyrənmişəm: Necə olur yıxılanda durmaq.
Burda öyrənmişəm: Küncə sıxılsan belə, vurmaq.
"Həyat" adlı bütöv pulun xərcləmişəm yarısını öz'ə.
Uşaqlığım, davalarım, sevgilərim, hamısı özəl...

Keçid:
Vasmoy! Gəlir indi daha fərqli.
Vasmoy! Sənlə birgə artdı əqlim.
Vasmoy! Puzzle olub daha borzu biri.
Vasmoy! Qələm özünü sənə borclu bilir.
Vasmoy! Daha doğmalığın içindəsən.
Vasmoy! İşıqlarla başqa biçimdəsən.
Vasmoy! Kim gəldi, içəri buraxdın onu.
Vasmoy! Bu sənə ayrılan vaxtın sonu...

Son hissə:
...söz verib, yazdım davamını, bağışla məni.
Göz verib, işıq vermir və deyir: "Gör məni."
Bu səbəbdən YOLÇU oldum - Kor oldum və gördüm onu.
Su verəndə bu arxa, geri verdim, böyütdüm onu.
Tövbə etmədim mən; Tanrı öz'ü bağışladı.
Dua edəndə gördüm: Ovuclarıma yağış yağır.
Dedim: "Daha hazırsan... bağışlandın!"
Səhnəni tərk etdi Puzzle və alqış qaldı...

پاسخی بگذارید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *