دانلود آهنگ رپ Retro بنام Joker

ads

post area

دانلود آهنگ رپ Retro بنام Joker با کیفیت های ۱۲۸ ، ۳۲۰ و رایگان
Download New Rap Music By Retro Called Joker
رترو جوکر
Retro – Joker

Verse I :

Heç kim gəlmir səmimi, Nietzsche kimi mənəmi?
Tariq İbn Ziyad kimi yandıraraq gəmimi,
Axı mən də gedimmi?
Yeniyətmə bilirmi?
Ehtiraslı arzuların çox olmalı tələbi.
Mənə diss atanın sonu xatırladır Hələbi,
Bu xaraba xanlıqdırsa, mən də Hacı Çələbi.
Rhyme’larım turşularsa, flow’larım qələvi,
Başlayanda reaksiya olur çox təhlükəli.
Track’lərimə boş deyənin kini axı kimədi?
Güzgüdəki dölə yoxsa? Ya mükəmməl mənəmi?
Və elmi danışırlar, çoxu olur Einstein,
Qulaq asdığı bayağı, paylaşdığı Rammstein.
Overrated adamların bugün olur çoxu fame,
Shit’ə çox milçək yığışar, var belə bir gözəl deyim.
Bir də deyim, tərk edildim mən 17 yaşımda.
Qəlbim daşa dönüb mənim, bil, 17 yaşımdan.
Başından böyük danış, facebook’un əsgəri,
Sosial şəbəkə adam edir kimsə olan kəsləri.
Qəlbimdəki kinimlə fuck off edib səsləri,
Yavaş-yavaş, yavaş-yavaş, fəth edirəm zirvəni.

Chorus :
Travis kimi göylərdəyəm,
Yenə mən, yenə mən,
İstəməsən də yüksəlirəm,
Yenə mən, yenə mən.
Deyəsən səni incidirəm,
Yenə mən, yenə mən,
Məni pislə və heyfini çıx tez,
Yenə sən, yenə sən.
(2x)

Verse II :

Olmursan sən aristokrat, yazıb elmi status,
Səviyyəndən hündürdü, bitch, otaqdakı plintus,
Və əfsus, bu millətin iç üzünü görəndə,
Peşman olar gənc kommunist həqiqəti biləndə.
Bu ölkədə böyüyənin pis olmalı təməli,
Ona-buna mız qoyanın xoş olmalı əməli.
Orta barmaq göstərməklə, demə, ölkə düzəlib,
Onu-bunu əzənin də, bir vaxt özü əzilib.
100 nəfər öldürə bilir 1 azəri zəhəri,
Olursan vətən xaini deyəndə sən azəri,
Aşağıda söz soxanın, yaşı axı neçədi?
Balaca bitch beçədi, bəsindi, yat, gecədi.

Chorus :
Travis kimi göylərdəyəm,
Yenə mən, yenə mən,
İstəməsən də yüksəlirəm,
Yenə mən, yenə mən.
Deyəsən səni incidirəm,
Yenə mən, yenə mən,
Məni pislə və heyfini çıx tez,
Yenə sən, yenə sən.
(2x)

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *