دانلود آهنگ Asif Meherremov بنام Bele Olmazdi Gerek

ads

post area

دانلود آهنگ Asif Meherremov بنام Bele Olmazdi Gerek با کیفیت های ۱۲۸ ، ۳۲۰ و رایگان
Download New Music By Asif Meherremov Called Bele Olmazdi Gerek
آصیف محرم اوبله اولمازدی گرک
Asif Meherremov Bele Olmazdi Gerek

Məni kim gördü dedi , bəxtəvərin bəxtəvəri,
Amma halımdan həmin kəslərin heç yox xəbəri.
Düşünürdüm gedəcəksən, olacam xoşbəxt mən,
Nə biləydim sevə bilməz bu ürək bir nəfəri.

Sevəcək , bəlkə də bir gün amma müddət çəkəcək,
Nə biləydi belə çox sevsədə həsrət çəkəcək.
Bilirəm ki, bezəcək, dərdin əlindən usanıb,
Bu qədər sevdiyinə bir dəfəlik xətt çəkəcək.

Səhv eliyib , verdim ürək, belə olmazdı gərək,
Heç belə olmazdı gərək, belə olmazdı gərək.
Yar dediyin gəldi kələk, belə olmazdı gərək,
Heç belə olmazdı gərək, belə olmazdı gərək.

Gözüm hər gün telefonda yazasan bəlkə nəsə,
Yığasan, barı deyəm dərdlərimi bir nəfəsə.
Nə bəladır, nə müsibətdir bu saldım özümü,
İnanarsan çətin əhvalımı bir kimsə desə.

Tanımarsan , məni görsən gözəlim bəlkə də sən,
Nə mən əvvəlki vəziyyətdəyəm artıq nədə sən.
Yəni sən üçün həyata çoxdur maraq, mən də isə yox,
Bu həyatdan, bu vəfasızlar əlindən gedəsən.

Məni həsrət bitirib, sən necə varsan eləsən,
O qalıbdır mənə baxdıqca qıraqdan güləsən.
Sənin uğrunda bu vəziyyətlərə düşdüm mən axı,
Sadəcə bir şeyi bilirəm sənə dəyməz biləsən.

Bu olanlar mənə dərs oldu, şükür çəkmədi dağ,
Səni artıq mən unutdum, açıram yeni varaq.
İnan Allaha deyirdim ölərəm sənsiz mən,
Demə sənsiz də olurmuş nəfəs almaq yaşamaq.

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *